Ms. Alisa Nazirzadə ilə tanış olun – Musiqi Müəllimi
Alisa Nazirzadə Bumblebee Preschool & Montessori-yə yaradıcılıq, musiqiyə sevgi və enerjili ruh bəxş edir. Xəzər Universitetinin məzunu olan Ms.Alisa musiqi təcrübəsinə klassik vokal və rok musiqisi üzrə hazırlıq daxildir. Onun yaradıcılıq fəaliyyəti teatr, rəqs və səhnə çıxışlarını da əhatə edir. Bu zəngin təcrübə ona dərslərini ritm, hərəkət və yaradıcı ifadə ilə dolu şəkildə keçirməyə imkan verir.
Məktəbəqədər təhsil sahəsində əvvəlki iş təcrübəsi və beynəlxalq layihələrə rəhbərlik fəaliyyəti sayəsində Ms.Alisa yaradıcılığını uşaqlarla işləməyə olan diqqətli və həvəsləndirici yanaşması ilə birləşdirir.
Ms. Alisanı fərqləndirən xüsusiyyətləri nədir?
Musiqi sahəsində zəngin təcrübə: Klassik vokal və rok musiqisi üzrə hazırlığı ona dərslərində müxtəlif musiqi üslublarından istifadə etməyə və uşaqlara fərqli musiqi təcrübələri qazandırmağa imkan verir.
Musiqi və hərəkət vasitəsilə yaradıcılıq: Teatr, rəqs və səhnə çıxışları sahəsindəki təcrübəsi uşaqları ritmi, hərəkəti, təxəyyülü və özünüifadəni kəşf etməyə təşviq edən maraqlı fəaliyyətlər yaratmasına ilham verir.
Kiçik yaşlı uşaqları ilhamlandırmaq həvəsi: Uşaqlıqdan müğənni olmağı arzulayan və səhnə sənətinə böyük maraq göstərən Ms.Alisa uşaqlara musiqinin sevincini kəşf etməyə, özünəinamlarını artırmağa və duyğularını sərbəst ifadə etməyə kömək edir.
Music and Movement dərslərində Ms.Alisa uşaqları səslər dünyasını kəşf etməyə, hərəkət koordinasiyasını inkişaf etdirməyə, emosiyalarını ifadə etməyə və musiqi, oyun və hərəkət vasitəsilə öyrənməkdən zövq almağa təşviq edir.